• $
  • €
  • ₽
  • ₺
  • £

Övladlığa uşaq götürmək neçəyə başa gəlir?

Övladlığa uşaq götürmək neçəyə başa gəlir?
25.11.2016 17:23
Uşaq evlərindən uşaq götürərək valideyn olmaq istəyənlərin sənəd və arayış problemləri bitmək bilmir.

Əksər hallarda əgər müvafiq orqanlara müəyyən məbləğdə pul ödənilmirsə, ər və arvadlar uşaq üzərində qəyyumluğu ala bilmir. Eyni zamanda, maliyyə məsələsi məhkəmədə də aktual olaraq qalır.

Hüquqşünas Samirə Ağayeva ANN.Az-a açıqlamasında bildirib ki, əgər verilən məbləğ yetərli deyilsə, məhkəmə nadir hallarda müsbət qərar çıxardır:

"Uşağı övladlığa götürmə proseduru həmin uşağın qohumları üçün ucuz başa gəlir. Bu halda məhkəməyə 2000 - 7000 min manat məbləğində pul ödənilməlidir. Uşağın valideyinlərinin qan qohumu olmayan şəxslər onu övladlığa götürürsə, onların ödəyəcəyi məbləğ 10 – 15 min manat həcmindədir”, - deyə vəkil qeyd edib. 
 

Samirə Ağayeva - hüquqşünas 
 
Samirə Ağayeva bildirib ki, daha bir ciddi problem ondan ibarətdir ki, baxmayaraq ki, bu barədə qanunvericilikdə heç bir qadağa yoxdur, amma tək qadın və kişi övladlığa uşaq götürə bilməz. Çünki onlar nikaha daxil deyillər.

Övladlığa uşaq götürən Kəmalə Kərimova (ad şərti dəyişdirilib) ilə əlaqə saxladıq.  O, həyat yoldaşı ilə uşaq götrdükləri zamam qarşılaşdıqları problemlər barədə danışıb. 

"Hepatit C daşıyıcısı olduğum üçün sənədlərimiz bir il gecikdi. Hamı bu barədə məni qorxudurdu. Amma heç kim deməmişdi ki, mən şəxsi həkimimindən xəstə yox, sadəcə virus daşıyıcısı olduğuma dair arayış almaqla, övladlığa uşaq götürə bilərdim. Nəticədə, məsələ uzandı və biz 1 ildən çox vaxt itirdik. Biz övladlığa götürmə növbəsində olduğumuz zaman növbədə olan digər şəxslər haqqında məlumat verilmirdi. Halbuki, biz onlardan nəsə öyrənə bilərdik”.  

K.Kərimova deyir ki, növbədə "irəliləmək” müəyyən "ödəniş” edirdilər:

"Biz digər ailələrdən eşitmişdik ki, onlar "siyahıda daha əvvələ gəlmək” üçün müəyyən məbləğ "pul” ödəyiblər. Beləliklə, "pul ödəyən” ailələr uşağı iki-üç ilə götürürsə, pul ödəməyən ailələr üçün bu prosses beş-altı ilə qədər uzana bilər”, - deyə xanım qeyd edib. 

Nuray Qasımzadə

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol