• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim və tələbələr dərsə milli geyimdə gəldilər - FOTOLAR

Müəllim və tələbələr dərsə milli geyimdə gəldilər - FOTOLAR
25.11.2016 17:10
Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevin ötən ay tələbələrlə görüş zamanı irəli sürdüyü "Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs həyata keçirilib.
 
ADU-nun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələri dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəliblər. 

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Azərbaycan xalqının özünəməxsus tarixi, mədəniyyəti və adət-ənənələrinin olduğunu bildirib. O, xalqımızın mədəni həyatında mühüm yer tutan milli geyimlərin universitet əməkdaşları və tələbələri tərəfindən təbliğ edilməsini yüksək qiymətləndirib. Dünyamin Yunusov xalqımıza xas olan dəyərləri unutmamağın vacibliyini vurğulayıb.

Tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi daşıyan layihəyə əsasən hər ayın bir günü universitet tələbələrinin könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlməsi nəzərdə tutulub. 

Təşəbbüs çərçivəsində milli musiqi proqramı təşkil olunub. Proqramda Asəf Zeynallı adına Musiqi Kollecinin muğam üçlüyü, aşıq İlham Aslanbəyli, Dövlət Televiziyasının solistləri-Mirələm Mirələmov və Kamilə Nəbiyeva, həmçinin ADU-nun tələbələrinin ifası maraqla qarşılanıb.
 










www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol