Xırdalan işıqsız qaldı

Bu gün günorta saatlarından etibarən, Xırdalan şəhəri "Quşçuluq” yaşayış massivində elektrik enerjisinin verilişində problem yaranıb.
Bu barədə ANN.Az-a sakinlər məlumat verib. Bildirilib ki, bir neçə saatdır, şəhərin müxtəlif ərazilərində elektrik enerjisi verilmir.
Məsələ ilə əlaqədar "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ANN.Az-a açıqlamasında bildirib ki, naqillərdə qısaqapanma baş verib:
Tanrıverdi Mustafayev - "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri "Elektrik naqillərində qısaqapanma baş verdiyindən, əməkdaşlar əraziyə verilən elektrik enerjisini dayandırmışdılar. Bu addım hadisənin ciddi hal almaması üçün atılmışdı. Qısa zaman ərzində problem aradan qaldırılacaq və əraziyə elektrik enerjisinin verilişi bərpa olunacaq”.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























