• $
  • €
  • ₽
  • ₺
  • £

Hər gün yesəniz, diabetdən uzaq olarsınız - FAYDALI QİDA

Hər gün yesəniz, diabetdən uzaq olarsınız - FAYDALI QİDA
27.11.2016 12:19
36 min qadın arasında aparılan araşdırmaya görə, qarabaşaq yeyənlərin diabetə tutulma riski aşağıdır.
 
Araşdırma zamanı gündə 3 boşqab qarabaşaq yeyən qadınların həftədə bir boşqab yeyənlərlə müqayisədə 21% daha az şəkər xəstəliyinə tutulma riskinə sahib olduqları müəyyənləşib. Aile.lent.az qarabaşağın faydaları haqqında məlumatı təqdim  edir.
 
İlk növbədə onu bildirək ki, qarabaşaq mükəmməl bir maqnezium qaynağıdır. Maqneziumla zəngin olan qidalara üstünlük verən qadınların 21%-nin şəkər xəstəliyinə tutulma riski aşağıdır. Qarabaşaq qan şəkərinin tənzimlənməsində iştirak edir. Aclıq hissinə qalib gəlmə təsiri də yüksəkdir. Qarabaşaq insan bədənində arzuolunmaz xolesterolun azaldılmasına kömək edir.
 
Ürək və damar xəstəliyində təsirli olan qarabaşaq tərkibindəki kalium, maqnezium, fosfor və dəmir sayəsində yüksək təzyiq və qan azlığına yaxşı təsir edir. Bu qidanın lif nisbəti yüksək, yağ və kalori nisbəti aşağıdır. Toxluq hissi yaradır. Bədənimizin öz-özünə istehsal etmədiyi təməl 8 amin turşusu qaynağıdır. İnsan bədəni qarabaşaqda olan 10-15 faiz zülalın 74 faizini istifadə edə bilir. Bu nisbət bitki mənşəli zülallar içində ən yüksək istifadə nisbətidir (qəhvəyi düyü 70 %, buğda 67%).
 
Tərkibində qluten olmadığı üçün allergiyası olanlar rahatlıqla yeyə bilər. Yaponiyalı tədqiqatçılar qarabaşağın bədəni rahatlandırdığını, həddindən artıq tərləmə, burun qanamasının qarşısını aldığını və bağırsaqların funksiyalarının yaxşılaşdırdığını ortaya çıxarıblar. 100 qram qarabaşaqda 343 kcal enerji, 13 qram zülal, 3 qram yağ, 10 qram lif, 71 qram karbohidrat, 2,2 mq dəmir, 2,4 mq sink var. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol