• $
  • €
  • ₽
  • ₺
  • £

Ev turşusunun 8 FAYDASI

Ev turşusunun 8 FAYDASI
27.11.2016 12:56
Kələm, xiyar, pomidor, badımcan... Fərqli çeşidlərdə olan turşular özünə xas ləzzəti ilə qış süfrəsinin əvəzedilməzi sayılır.
 
Qida mütəxəssisləri turşuların evdə şüşə bankada, uyğun şərtlər altında hazırlandığı  və miqdarında yeyildiyi təqdirdə faydalı olacağını deyir. Ancaq turşu yüksək miqdarda sodium tərkibli olduğu üçün yüksək təzyiqi, şəkər xəstəliyi, böyrək çatışmazlığı, mədə xəstəlikləri olanların yeməməsi məsləhət görülür.

Xüsusilə, hazır alınan turşuların sodium tərkibi daha yüksək olduğundan təhlükə riski də artır. Turşu yeyilən gün yarana biləcək həzm problemlərinin qarşısını almaq üçün çoxlu su içilməlidir. Aile.lent.az sadəcə sirkə və duzla hazırlanan ev turşusunun 8 faydasını təqdim edir
 
Soyuqdəyməyə qarşı qoruyur
 
Turşunun hazırlandığı meyvə və tərəvəzlər immunitet sistemini qüvvətləndirən bir neçə vitamin, mineral və antioksidant tərkiblidir. Tək bir tərəvəzdən hazırlanmış turşudansa, fərqli tərəvəzlərdən hazırlanmış turşunu yemək antioksidatn çeşidliyini artırır. Pəncər turşusundan polifenollar və betalain, kələm turşusundan qlükosinolat əldə edib yüksək antioksidant ilə qış günlərində soyuqdəyməyə qarşı qoruna bilərsiniz.
 
İmmuniteti gücləndirir
 
Turşu bütünlüklə immuniteti qoruyub gücləndirir. Bu qoruyucu təsiri həm tərkibindəki probiotik bakteriyalar həm də turşunun tərkibində olan meyvə-tərəvəzlərlə əlaqəlidir.  Bu bakteriyalar bağırsaq florasının zənginləşməsini təmin edir ki, güclü bir bağırsaq florası da güclü immunitet sistemi deməkdir. Turşu ilə bədənə daxil olan bakteriyalar həm də bağırsaqlarda K vitamininin bərpasına yardımçı olur. K vitamini isə yaralanmalar zamanı qanın laxtalanmasını təmin edir. Həm də tiamin, riboflavin kimi B qrup vitaminlərlə də zəngindir.
Tiamin sinir sisteminin qorunmasına, yaddaşın güclənməsinə yardımçı olur, depressiyaya qarşı qoruyur.
 
Qan şəkərini tənzimləyir
 
Turşu yüksək miqdarda lif tərkibli olduğundan, xüsusilə yeməklə birgə yeyildiyində qidanın mədəni tərketmə müddəti yavaşlayır, insulin ifrazı nizamlanır və daha yaxşı tənzimlənmiş qan şəkəri əldə edilir.
Şəkər xəstəliyiniz varsa, təzyiq də sizin üçün risk faktoru olacağı üçün turşu yemək təzyiqinizin yüksəlməsinə səbəb ola bilər. Bu da böyrəklər üçün risk sayılır.
 
İdmançılarda krampları azaldır
 
İdman zamanı tərlə birlikdə çox miqdarda su itkisi yaşandığından bu hal su çatışmazlığına səbəb olur. Həm turşu, həm də turşu suyu itirilən maye və mineralları yerinə qoymağın sürətli bir yoludur. Buna görə idmançılara idmandan sonra turşu suyu məsləhət görülür.
 
Xərçəngə qarşı qoruyur
 
Turşu hazırlanmasında istifadə edilən fərqli tərəvəzlərin hər biri ayrı bir antioksidant qaynağı olduğu üçün sərbəst radikallara qarşı mübarizə aparır. Xüsusilə kələm və sarımsaq turşusunda olan flavonoidlərin antioksidan həcmi daha yüksəkdir.
 
Maddələr mübadiləsini sürətləndirir, arıqladır
 
Turşunun tərkibində olan sirkə qaynaqlı asetik turşunun bədəndə yağ toplanmasının qarşısını aldığı təsdiqlənib. Turşunun həm maddələr mübadiləsinə, qəbizliyə təsirli olması, həm də az kalorili olması arıqlamaq istəyənləri arıqladır. Lifli bir qida olması toxluq müddətini uzadır.  
 
Qəbizliyə qarşı təsirlidir
 
Çox lifli olması həm də ki tərkibindəki fermentlə bağırsaq sağlamlığını qoruyur.
 
Ürək-damar xəstəliklərinə qarşı qoruyur
 
Sağlam insanlarda turşu yemək ürək-damar xəstəliklərinə qarşı qoruyur. Turşu bir çox faydalı bakteriya tərkiblidir. Bu bakteriyalar bağırsaq florasını düzənləyir. Bağırsaq florasındakı probiotik bakteriyaların sayının çox olması ürək-damar xəstəliklərinə qarşı da qoruyur. Yüksək antioksidant və vitamin baxımından damar sağlamlığına faydalıdır. Həftədə 2-3 gün az miqdarda yemək olar. //Aile.lent.az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol