• $
  • €
  • ₽
  • ₺
  • £

Hər gün zəncəfil yeyin - İnanılmaz FAYDALAR

Hər gün zəncəfil yeyin - İnanılmaz FAYDALAR
27.11.2016 15:28
Rütubətli tropik meşələrdə bitən zəncəfil hind və asiya mətbəxlərində ən populyar inqrediyentdir.

Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki, müalicəvi məqsədlərlə də istifadə edilir.

Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var. Onlar ağrını yüngülıəşdirir, həzm sisteminin işini yaxşılaşdırır, ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir.

Zəncəfilin ən çox istifadə olunan hissəsi köküdür. Çünki zəngin faydalı xassələri məhz buradadır. Onu təzə, üyüdülmüş, qurudulmuş ədviyyat və ya yağ kimi istifadə etmək olar.

Mütəmadi olaraq zəncəfil istifadə etmək üçün 8 səbəb:

Zəncəfil ağrını yüngülləşdirir

Corciya Universitetində aparılan tədqiqatların nəticələrinə görə, hər gün müəyyən miqdarda zəncəfil istifadəsiəzələlərdə ağrını 25% yüngülləşdirir. Üstəlik, bu gözəl bitki kökü menstrual tsiklin zamanı ağrını sakitləşdirir.

Zəncəfil xolesterin səviyyəsini azaldır

45 gün ərzində davam edən və xolesterin səviyyəsinin yüksək olduğu 85 nəfərin iştirak etdiyi daha bir araşdırmada məlum olub ki, hər gün 3 qram toz zəncəfil istifadəsi qanda xolesterinin səviyyəsini xeyli aşağı salır. Bundan başqa, tədqiqatçılar ehtimal edirlər ki, bu, ürək-damar xəstəlikləri riskini də azalda bilər.

Zəncəfil həzmi yaxşılaşdırır

Zəncəfildə mədə-bağırsaqda yaranmış qıcığı aradan qaldıran fenol birləşmələri var. Bundan başqa, onlar tüpürcək istehsalını artırır və beləliklə, yediklərimizin bağırsaqlara düşməsini asanlaşdırır. 24 sağlam insanın iştirak etdiyi tədqiqat göstərib ki, yeməkdən qabaq 1,2 qram zəncəfil tozu istehlakı mədə boşaldılmasını sürətləndirir, bununla mədə pozğunluğu problemi 50% azalır. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.

Zəncəfil iltihabla mübarizə aparır

Osteoartroz oynaqlarda şiddətli ağrılar yaradan xəstəlikdir. Bu yaxınlarda oynaq ağrılarından əziyyət çəkən 247 nəfərin iştirak etdiyi araşdırmada məlum olub ki, zəncəfildən istifadə insanların dərmanlara daha az ehtiyacı olub, bu isə ağrını xeyli azalıb.

Zəncəfil beyin funksiyasını yaxşılaşdırır

Stress və xroniki iltihab qocalmanı xeyli sürətləndirir, onlar çoxsaylı yaş koqnitivlərinin pozulmasına gətirib çıxarır. Məsələn, altsqeymer xəstəliyi kimi. Araşdırmalar göstərib ki, zəncəfilin tərkibindəki antioksidantlar və bioloji aktiv birləşmələr baş beynində olan iltihablara qarşı güclü reaksiya göstərir.
Orta yaşlı 60 qadının üzərində aparılan bir araşdırma göstərib ki, zəncəfil ekstraktı yaddaşı yaxşılaşdırır. Bu isə o deməkdir ki, beyin sağlamlığına müxtəlif üsullarla kömək edir.

Zəncəfil ürəkbulanmanı aradan qaldırır

Zəncəfilli çay içmək və ya çiy zəncəfil yemək ürəkbulanma üçün effektiv vasitədir. Xüsusilə də xərçəngin müalicəsində, hamiləlik və səhərlər ürəkbulanmanı aradan qaldırır. 1278 hamilə qadının iştirak etdiyi 12 araşdırmanın nəticələrinə görə, 1,1 və 1,5 qram zəncəfil ürəkbulanmanı xeyli azaldır.

Zəncəfil ürək xəstəlikləri riskini azaldır

Qanda şəkərin səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riskinin əsas amilidir. 2-ci tip şəkərli diabetli xəstələrin iştirak etdiyi araşdırma isə göstərib ki, hər gün 2 qram toz zəncəfil istifadəsi ürək xəstəlikləri riskini və qanda şəkərin səviyyəsini ən azı 10% aşağı salır.

Zəncəfil anti-xərçəng xüsusiyyətlərə malikdir

Zəncəfilin tərkibində xərçəngin potensial alternativ müalicə metodu kimi çoxsaylı tədqiqatların predmeti olan gingerol maddəsi var. Bir araşdırma göstərib ki, gündəlik 2 qram zəncəfil cövhəri istifadəsi yoğun bağırsaqda iltihab proseslərini azaldır və çürüməsinin qarşısını alır.

Soyuqdəymənin müalicəsində faydalıdır

Soyuqdəymənin yaxınlaşdığını hiss edərkən zəncəfilli çay dəmləmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var. Aparılan araşdırmalarda zəncəfil cövhəri qəbul edənlər bildiriblər ki, qəbulun səhəri günü özlərini gümrah və güclü hiss ediblər. //Publika.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol