• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: Etiraz edənlər ya ateistdirlər, ya da...

Mübariz Qurbanlı: Etiraz edənlər ya ateistdirlər, ya da...
28.11.2016 11:17
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda "Şeyxülislam" mükafatının təsis olunması ilə bağlı təklifə münasibət bildirib. 

"Report"un məlumatına görə, M.Qurbanlı deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təklifi dini sahədən yazan jurnalistlərin mükafatlandırılmasını nəzərdə tutur. 

O qeyd edib ki, "Şeyxülislam" mükafatının təsis olunmasına, dini mövzuda seminar keçirilməsinə etiraz edənlər ya ateistdirlər, ya da tam olaraq hansı dinə mənsub olduqlarına qərar verə bilməyiblər: "Şeyxülislam" mükafatı Allahşükür Paşazadə mükafatı deyil. Şeyxülislam başqa adamlar da olacaq. Bu mükafat o zaman da veriləcək".

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan çox həssas bölgədə yerləşir: "Rusiyada dini mövzuda yazan jurnalistlərin gildiyası yaradılıb və dini həssaslıq, dini vəziyyət nəzərə alınır. Azərbaycan da həssas bir bölgədə, İslamla xristianlığın təmas nöqtəsində yerləşir. Bizdən bütün məsələlərdən - etnik, dini məsələlərdə yazanda diqqətli olmalıyıq. Milli maraqlarımıza zidd olmayan mövqe seçməliyik".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol