• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Regionlarda 20 000 dekoder lazım ola bilər

MTRŞ: Regionlarda 20 000 dekoder lazım ola bilər
28.11.2016 14:24
"30 rayonda aparılan sorğunun nəticələrinə görə rayon əhalisinin 7,4%-i yerüstü TV yayımını izləyir. Təxmini hesablamalara əsasən rayonlarda 1 mln-dan bir qədər artıq televizor var. Onların 7,4%-i, 74 000-i yerüstü yayım üçün istifadə olunur. Belə çıxır ki, rayonlarda dekabrın 20-nə qədər təxminən 20 000 dekoder lazım ola bilər”.
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
 
Dekabrın 1-dən başlayaraq əvvəlcə 8 şimal rayonunda analoq yayımın dayandırılacağını xatırladan şöbə müdiri bildirib ki, rayonlarda ümumilikdə 300-dən çox TV vericisi söndürüləcək.
 
"Dəqiq hesablamaq çətin olsa da, rayonlarda analoq yayımının dayandırılması ilə ölkənin elektrik şəbəkəsindən təxminən 1,5 meqavat yükün azalacağını təxmin etmək mümkündür” – deyə İ. Məmmədov qeyd edib.
 
Qeyd edək ki, regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. Analoq yayımın I mərhələdə - 1 dekabr 2016-cı il tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.
 
Xatırladaq ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol