Azərbaycan qadın sahibkarların sayı ilə öyünə bilərmi?

Statistik məlumatlara görə, dünyada yeni
biznes-strukturlarının 25 faizdən çoxunu qadınlar yaradıb. Fransa və Böyük
Britaniyada bütün firmaların dörddə birinə, Almaniyada üçdə birinə qadınlar rəhbərlik
edir. Yaponiyada bu rəqəm 23 faiz, ABŞ-da 38 faizdir.
Azərbaycan qadın sahibkarların sayı ilə öyünə bilərmi?
Dövlət Statistika Komitəsinin 2015-ci ilin iyun ayının 1-nə olan məlumatına əsasən,
Azərbaycanda qadın sahibkarların sayı 107 mini ötüb. Bütövlükdə, sahibkarlıqla
məşğul olanların 19,4 faizini qadınlar təşkil edir.
Hüquqşünas Abil Bayramov deyir ki,
ölkə əhalisinin 50,2
faizi qadınlar olsa da siyasi-iqtisadi sektorunda gender göstəriciləri bu rəqəmə
tərs mütənasibdir: "Ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında(4840,7 min nəfər)
qadınlar 2365,0 min nəfər təşkil edir. Qadınların təmsilçilik göstəriciləri məşğul
əhalinin sayında (4602,9 min nəfər) da aşağı səviyyədədir - məşğul kişilərin
sayı 2376,1 min, məşğul qadınların sayı
isə 2226,8 mindir. Təbii ki, bu göstərici işsizliyə də öz təsirini göstərməkdədir
- 237,8 min nəfər işsizin 138,2 min nəfərini
qadınlar təşkil edir. Rəsmi statistikaya
əsasən, onlardan yalnız 11,3 min nəfəri işsiz statusu alıb”.
Abil Bayramovun sözlərinə görə, iqtisadi fəaliyyət
növləri üzrə muzdla işləyənlərin sayında da kişilərlə qadınlar arasındakı fərq
birincilərin xeyrinədir: "Belə ki, muzdla işləyənlərin 58,2 faizi kişidirsə,
41,8 faizi qadınlardır. İqtisadi fəaliyyətin müxtəlif növləri üzrə məşğulluq
statistikasına diqqət yetirdikdə aydın görünür ki, qadınlar daha çox təhsil, səhiyyə
və incəsənət sahələrində daha çox təmsil olunurlar. Təhsil sahəsində
çalışanların 72,2 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində
çalışanların 79,4 faizini, istirahət, əyləncə və incəsənət sahəsində
çalışanların 63.2 faizini qadınlar təşkil edir”.
Hüquqşünas deyir ki, qalan digər fəaliyyət növləri
üzrə kişilər böyük üstünlüyə malikdirlər.
Muzdla işləyən qadınların
orta aylıq nominal əmək haqları da aşağıdır: "Məsələn, emal sənayesində kişilərin
orta aylıq nominal əmək haqqı 543,8 manat, peşə, elm və texniki fəaliyyət sahəsində
909 manat, inzibati və yardımçı xidmətlərin göstərilməsində 633,6 manat təşkil
edirsə, qadınlar üçün bu göstəricilər müvafiq olaraq 348 manat, 369,9 manat,
355,6 manatdır”, Abil Bayramov deyir.
"Ayrıca milli proqram yoxdur”
İqtisadi
Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik
sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində müəyyənləşdiriblər ki, Azərbaycan
sahibkarlıq mühitində qadınların problemləri ümumi biznesin problemləri
konteksində nəzərdən keçirilir, hökumətin kiçik və orta sahibkarlıq
strategiyasının, həmçinin qadınların sahibkarlıq təşəbbüslərini dəstəkləməyə
imkan verən məqsədli milli proqramları yoxdur: "Qadın sahibkarlığının
inkişafını əngəlləyən bir sıra baryerlər hələ də qalmaqdadır. Bura qadınların
rolu ilə bağlı ənənəvi gender stereotipləri, qadınların sahibkarlıq fəaliyyəti
və genderlə bağlı kifayət qədər məlumatlı olmaması, sahibkarlıq fəaliyyətinə
başlamaq üçün ilkin kapitalın yoxluğu kimi baryerləri aid etmək olar”, tədqiqat
müəllifləri hesab edirlər.
Tədqiqatda
vurğulanır ki, kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarlığının
inkişafını təmin edən zəruri institusional mexanizmlər yetərli deyil: "Qadın sahibkarlığının inkişafı üzrə məqsədli
dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Qadın sahibkarlar üçün
kreditləşmə, vergiqoyma və s. ilə bağlı güzəştləri nəzərdə tutan belə bir
proqramın qəbulu qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması
imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər”.
"Kiçik və orta sahibkarlıq strategiyası olmalıdır”
S.Mehdiyeva
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























