• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyətindən sakinlərin etirazına reaksiya

İcra hakimiyyətindən sakinlərin etirazına reaksiya
28.11.2016 15:56
Binəqdi Rayon İcra Hakimiyyəti "Avtovağzal” metrostansiyasının depo ərazisinə düşdüyü üçün evləri sökülən vətəndaşların etirazına cavab verib.

ANN.Az xəbər verir ki, İcra Hakimiyyətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid olan "B-03” stansiyasının istismara verilməsi və qatarların normal hərəkətinin təmin edilməsi üçün "Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və "Xocəsən” elektirk deposuna dəmir yol xəttinin çəkilməsi ilə bağlı tikinti işlərinin aparılması üçün məcburi köçkünlərə və yerli sakinlərə məxsus olan fərdi yaşayış evlərinin köçürülməsi prosesi davam edir.

Bununla bağlı 26 noyabr tarixində sözügedən ərazidə Bakı Metropoliteninin əməkdaşları və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov sakinlərlə görüşüb, onların sualları dinlənilərək cavablandırılıb.

Köçürülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin sakinləri üçün kompensasiya ödənilməsi prosesi davam edir. Bununla bağlı Bakı Metropoliteni və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin suallarının cavablandırılması, sənədləşmə işinin aparılması üçün qərargah yaradılıb.

Sakinlərin bu məsələ ilə bağlı hər hansı sual və təklifi olduğu halda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovla əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Binəqədi rayonu Motodrom yeni yaşayış massivinin sakinləri növbəti etiraz aksiyası keçiriblər. Sakinlər evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın azlığından şikayətçidirlər. 

"Avtovağzal” metrostansiyasının depo ərazisinə düşdüyü üçün 60-dan çox evin sökülməsi nəzərdə tutulub. Narazılığa səbəb isə mənzillərin hər kvadratmetri üçün ödənilən kompensasiyanın 500 AZN-dən hesablanmasıdır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol