• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlər tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirilib - FOTOLAR

Şagirdlər tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirilib - FOTOLAR
28.11.2016 20:06
"Tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmə” adlı layihənin ilk turu baş tutub. 

ANN.Az xəbər verir ki, tədbirin ilk günündə Sumqayıt şəhərində yerləşən orta məktəb və kollec tələblərindən təşkil olunan qrupun "Təmiz  Şəhər” ASC-nin  Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına ekskursiyası təşkil olunub. İştirakçılar "Təmiz Şəhər” ASC-nin  yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, gənclər təşkilatları ilə əməkdaşlıq barədə ətraflı məlumat əldə ediblər. 

 
Bununla yanaşı, məlumat turu iştirakçılarına "Təmiz  Şəhər” ASC-nin həyata keçirdiyi layihələr, Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarında iş prosesinin  gedişatı, monitorinqlərin aparılması, tullantıların çeşidlənməsi və ya yandırılması prosesi barədə məlumat verilib  və iştirakçıları  maraqlandıran suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılıb.

 
Daha sonra tədbir Sumqayıt şəhərində yerlşən 16 saylı orta məktəbdə davam etdirilib. Layihə rəhbəri Pərvin Həşimova bildirib ki, layihənin məqsədi Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən orta məktəb şagirdləri və kollec tələbələrinə tullantıların düzgün idarə olunması və alternativ xammal mənbəyi kimi istifadə imkanları barəsində maarifləndirmədir.

 
Şagirdlərə layihə haqqında ümumi məlumat verdikdən sonra layihənin təlimçisi BDU-nun "SABAH” qruplarının müəllimi, fəlsəfə doktoru Əli İbrahimov tullantıların düzgün idarə olunmasının ətraf mühitə təsiri və iqtisadiyyatda rolu barədə tədqdimatla çıxış edib. 

 
Layihəyə uyğun olaraq, tədbirlərin Abşeron rayonu orta məktəblərində də keçirilməsi nəzərdə tutulub.

 
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin qalibi olub.
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol