• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmşid Hənifəyev oğlunun qəza törətməsi barədə məlumatlara münasibət bildirdi

Cəmşid Hənifəyev oğlunun qəza törətməsi barədə məlumatlara münasibət bildirdi
29.11.2016 12:59
 "Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobilinin qəzaya uğraması və hadisənin Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevin oğlu tərəfindən törədilməsi barədə xəbər yalandir”.

"Report”un xəbərinə görə, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, Nəsimi rayonu Azadlıq prospektində üç ay əvvəl bir hadisə baş verib: "Amma o hadisənin indi yayılan məlumatla heç bir əlaqəsi yoxdur. İdarə tərəfindən araşdırma aparıldı və yazılanlar təsdiqini tapmadı. Amma çox maraqlıdır ki, bir neçə gün əvvəl mənə jurnalistlər zəng edib bu barədə sual vermişdilər. Mən də bildirdim ki, belə bir hadisə baş verməyib. Lakin üstündən bir həftə keçəndən sonra bunu yayıblar. Görəsən, burada məqsəd nədir? Qəribədir ki, belə bir hadisə baş vermədiyi halda, bəzi jurnalistlər heç bir dəqiqləşdirmə aparmadan xəbər yayıblar”.

DYP rəisi Cəmşid Hənifeyev özü də bildirib ki, yayılan xəbərin ona və ailəsinə heç bir adiyyatı yoxdur: "Birincisi, mənim oğum balacadır. Maşın sürmür. İkincisi isə bizim "Gelandewagen” markalı maşınımız yoxdur. Düşünurəm ki, yayılan bu informasiya yol polisinin fəaliyyətinə kölgə salmağa hesablanıb. Lakin bunun heç bir əsası yoxdur”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol