Həkim xəstəni "BOMJ" adlandırdı

22 avqust tarixində İrina Zotova adlı xanım "Facebook" sosial şəbəkəsində atasının ölümü ilə bağlı status paylaşdı.
Xanımın iddiasına görə, atası Vladimir Zotov 19 avqust tarixində əməliyyata girib və həkimlərin günahı ucbatından dünyasını dəyişib.
Mərhumun qızları Marina və İrina Zоtоvaların tələbi ilə prokurorluq paytaxtın Nərimanov rayonunda faktla bağlı araşdırma başladıb.
Ötən həftə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinin həkimləri və digər cərrahların iştirakı, Azərbaycanın baş cərrahı Hacıqulu Bağırovun sədrliyi ilə yaradılan xüsusi komissiyanın iclası keçirilib.
İclasda ANN.Az xəbər saytının əməkdaşı və digər reportyorlar iştirak etmək istəsə də, Hacıqulu Bağırov əmr şəklində jurnalistlərin iclas zalını tərk etməsindən sonra müzakirələrə başlayacağını bildirib.
"Yalnız mərhumun qızı və zərərçəkən tərəfin vəkili burada qala bilər. Lakin müdafiəçiyə suallar vermək olmaz, çünki bu iclasa mane olacaq" - deyə o bildirib.
Mərhumun qızı, İrina Zоtоvа görüb ki, Səhiyyə Nazirliyi komissiyaya aid suallarla müraciət etməyə ona icazə verib.
İclas zamanı isə mərhumun qızı və vəkili zaldan çıxarılıb, tədbir isə artıq "qapalı qapılar" arxasında keçirilib.
Dəhlizdə Zоtоvа və onun müdafiəçisi Mürvət Əliyev onları gözləyən jurnalistlərə açıqlamalarında bildirdilər ki, əvvəlcə komissiyanın sədri Hacıqulu Bağırov işə qərəzli münasibətdə idi.
"İclas sadəcə formal keçirilir" - deyə onlar əminliklə bildiriblər.
Bununla yanaşı, Vladimir Zоtоvun tibbi kartında belə qeyd olunub: "Xəstə Bakı Sağlamlıq Mərkəzinə avqust ayının 19-da saat 15:00-da kəskin qarın ağrıları və soyuq tərləmə ilə daxil olub".

Mətn ilə tanış olduqdan sonra məlum olur ki, müəssisənin mütəxəssisləri müayinə zamanı heç yerlərində belə olmayıb.
"15:10 radələrində xəstənin ürəyi exokardioqrama edilib və onun fəaliyyətində heç bir dəyişiklik aşkar olunmayıb. Ancaq rentgenoqrafiya (rentgen) və kompyuter tomoqrafiyası (KT), ultrasəs tədqiqatı (USM) üzrə mütəxəssislər olmadığı üçün tam müayinə aparmaq mümkün deyildi".
Bu barədə xəstənin tibbi kartında qeyd olunub.
Marina Zotova kənardan USM mütəxəssisi dəvət edib.
"Avqustun 19-dan avqustun 20-ə keçən gecə atam əməliyyat olundu. Növbəti gün mən evdə olanda həkimlər vəziyyətin mürəkkəbliyini anladılar və məsuliyyətdən qaçmaq ücün mənə zəng edərək atamı ordan götürməyimi istədilər. Daha sonra məlum odu ki, atam artıq reanimasiya şöbəsində ikən keçinibmiş”, – deyə Marina Zotova bildirib.
Vladimir Zоtоvun ölüm haqqında şəhadətnaməsində göstərilib ki, pasiyentin ölümünə səbəb "nazik bağırsağın total qanqrenası” səbəb olub.


Məktubda o, da bildirilir ki, guya Vladimir Zotov üç infarkt keçirib.
Amma mərhumun qeydiyyatda olduğu Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 1 saylı Şəhər Poliklinikası tərəfindən çıxış zamanı verilən ambulator karta əsasən, 2007-ci ildə Vladimir Zotov sadəcə bir dəfə infarkt keçirib. Daha sonra ürəklə əlaqəli ora müraciət etməyib və 2016-cı ilə qədər üçünçü qrup əlil kimi ildə iki dəfə tam tibbi müayinədən keçib.
Belə bir sual yaranır, əgər mərhum təkrar infakt keçirməyibsə, necə olur ki, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin rəisi Gülmirzə Poladov tərəfindən imzalanan məktubda mərhumun dörd dəfə infarkt keçirdiyi bildirilir?
Bu sualla mərhumun yaxınları Gülmirzə Poladov müraciət etsə də, Poladov onları qəbul etməyib.
Marina Zotova deyir ki, onları Gülmirzə Poladovun müavini Yusif Babayev qarşılayıb: "O, özünü qeyri-adekvat aparırdı. Biz ondan soruşduq ki, axı siz hardan informasiya almısınız ki, o daha əvvəl üç infarkt, dördüncü infarktı isə xəstəxanada keçirib?"
Yusif Babayevin cavabı isə belə olub: "Hər halda göydən deyil! Haradan lazımdır, oradan götürülüb. Mən sizin qarşınızda hesabat verməliyəm? Siz kimsiniz axı?”
Nazirliyin məktubunda həmçinin qeyd olunur ki, xəstəni əməliyyat edən cərrah Elçin Əzizov "Vladimir Zotovanın qızını KİV-də yaydığı informasiyaya görə" məhkəməyə verib.
"Məhkəmənin qərarından asılı olaraq Səhiyyə Nazirliyi müvafiq tədbirlər görəcək", - mətndə deyilir.
Mərhumun qohumları isə idda edir ki, həmin gecə Elçin Əzizov xəstəxanaya içkili vəziyyətdə gəlib.
Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov isə cərrahın içkili olmadığını deyir. Onun sözlərinə görə, mətbuatda dərc olunan Bakı Sağlamlıq Mərkəzinin videogörüntüləri bunu təsdiqləyir. O görüntülərdə Elçin Əzizovun işə necə gəldiyi və nərdivanlarla qalxması görüntülənib.
Marina Zоtоvа idda edir ki, videogörüntünün bəzi kadrları dəyişdirilib və görüntülər avqustun 19-da deyil, başqa bir gün çəkilib.
"Bundan başqa onlar mərhumun ailəsinin razılığı olmadan xəstənin tibbi kartındakı məlumatları, telefon nömrəsini və ünvanı kütləvi informasiya vasitələrində dərc etdiriblər. İnternetdə şəxsi məlumatlar dərc olunduqdan sonra tez-tez mənə gizli nömrələrdən zəng gəlir" - deyə Marina Zotova bildirib.
"Fərdi məlumatlar haqqında" qanunun pozulmasına görə, mərhumun ailəsi təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Vladimir Zоtоvun yaxınları qeyd edir ki, paytaxtın Nərimanov Rayon Prokurorluğunda onlara deyiblər ki, klinikanın ilk hüquqi səhvi onda olub ki, onlar prokurorluğa ölüm faktının olduğunu bildirməyiblər.
"Prokurorluq nümayəndələri xəstəxanaya gəlməli idilər. Baş həkim ölüm faktını gizlətdi. Hazırda prokurorluq iş üzrə araşdırma aparır. Baxmayaraq ki, reanimasiya və əməliyyat otaqları videomüşahidə kameraları ilə təchiz olunub, xəstəxana video görüntüləri indiyədək istintaqa təqdim etməyib " – deyə Marina Zоtоvа sözlərini yekunlaşdırı.
Diqqətinizə isə "Qafqaznews" portalının jurnalisti Rəşad Rütəmovun Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənovla olan telefon danışığını çatdırırıq, orada həkim Vladimir Zotovu "BOMJ” adlandırır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























