Sabah bu ərazilərdə təbii qaz olmayacaq

Sabah Astara və Abşeron magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, noyabrın 30-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı”, "Göytəpə” və "Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin "Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun "Laçın qaçqınları” yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























