Deputat ölüm hökmünün bərpasını istəyir

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.
ANN.Az-ın APA-ya istinadən məlumatına görə, E.Axundova qeyd edib ki, statistikaya görə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır:
"Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?”
Vitse-spiker Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























