Bakı metrosunda intihara cəhd

Bu gün səhər saatlarında paytaxt sakini metroda intihara cəhd edib.
ANN.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, bu gün saat 09:20-də 1951-ci il təvəllüdlü Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub.
Xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. N.Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb. O, sağ topuğundan xəsarət alıb.
Nəsimi Paşayev əlavə edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisə nəticəsində, qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























