• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən "quş qripi" ilə bağlı AÇIQLAMA

Nazirlikdən "quş qripi" ilə bağlı AÇIQLAMA
30.11.2016 15:06
"Ölkəmizdə "quş qripi” və digər yoluxucu xəstəliklərə görə epizodik vəziyyət sabitdir”.

ANN.Az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli İran Baytarlıq Təşkilatının Azərbaycanda "quş qripi”nin olması haqqında məlumatını şərh edərkən bildirib. 

O qeyd edib ki, İran Baytarlıq Təşkilatı tərəfindən yayılan məlumatlar əsassızdır:
 
"Məlumdur ki, bir dəfə "quş qripi” monitorinqini keçirmişik, hazırda ikinci monitorinq gedir. Monitorinqləri biz aparırıq, bunun nəticəsini İran hardan bilər ki, Azərbaycanda vəziyyət necədir və s. Bu, tamamilə əsassız fikirlərdir. Özlərinı sığortalamaq üçün belə deyirlər. Əgər belə hal olsaydı, bu qədər insandan, KİV-dən necə gizlədərdik? Həmçinin onlar məlumat verərdi ki, filan təsərrüfatda xəstəlik var və biz də araşdırardıq. Bu baxımdan "quş qripi” xəstəliyi olmayan halda belə şayiə, ajiotaj yaratmağın mənası yoxdur”. 

Y.Xanvəlinin sözlərinə görə, bununla bağlı İran Baytarlıq Təşkilatı tərəfindən onlara rəsmi müraciət daxil olmayıb:
 
"Əgər bizə rəsmi müraciət olarsa, biz onlara rəsmi cavab verərik. Mütəmadi olaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına məlumatlar veririk”. 

Qeyd edək ki, İran Baytarlıq Təşkilatı elan edib ki, "quş qripi” xəstəliyi qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayılıb, lakin bu ölkələr Dünya Səhiyyə Təşkilatına hesabat verməyiblər. Məlumatda qeyd edilib ki, İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında 513 mindən çox ev quşları "quş qripi” xəstəliyinə görə məhv edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol