• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərə qəbul olmaq istəyən şagirdlərin NƏZƏRİNƏ

Ali məktəblərə qəbul olmaq istəyən şagirdlərin NƏZƏRİNƏ
30.11.2016 23:59
"Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 3-cü ilinə start verilib. 

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı şagirdlərin seçilib ali məktəblərə qəbul olunmasına və onların hərtərəfli fərdi inkişafına dəstək verməkdən ibarətdir. Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi,  bilik və potensialı kimi 3 meyar əsasında həyata keçirilir.

Layihənin 3-cü ilində 5 mərhələli seçim nəticəsində Bakının Binəqədi, Xətai, Suraxanı, Qaradağ rayonları üzrə 170 məktəbdən 2800-dən çox şagird müraciət edib. Onların arasından 155 məktəbli layihənin iştirakçısı adını qazanıb.

Layihə çərçivəsində seçilmiş gənclərə 1 il ərzində ali məktəblərə qəbul üçün intensiv hazırlığa köməklik göstəriləcək. Həmçinin, onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi ilə gənclərdə elmə rəğbət, yaradıcı təfəkkür, dünyagörüşü, özünütəqdimat, ünsiyyət bacarıqları və müvafiq dəyərlərin formalaşmasına dəstək veriləcək.

Qeyd edək ki, layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində "İTECA Caspian”, "EY”, "Kainat TM”, "Caspian Event Organisers” şirkətlərinin sponsorluğu, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir. Layihənin tərəfdaşları "ADA” Universiteti, "Azərbaycan” Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı isə "Legacy CSR Consulting and Management” şirkətidir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol