• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin təşkilatçılığı ilə tədbir keçirildi

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin təşkilatçılığı ilə tədbir keçirildi
30.11.2016 20:03
Noyabrın 30-da Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. 

ANN.Az xəbər verir ki, "Hilton" otelində baş tutan tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer toplantının 2 ölkə arasındakı münasibətləri gücləndirəcəyinə ümid etdiyini dedi.

Şimali Kiprin Mədəniyyət və Turizm naziri Fikri Ataoğlu azərbaycanlıları bu ölkəyə səfər etməyə dəvət etdi: 

"Şimali Kipr Türk Cümhuriyyətində yaşayanlar sizin qardaşlarınızdır. Onlar sizinlə eyni dini, dili, mədəniyyəti paylaşır. Türkiyəyə vizasız gedə bildiyiniz kimi, Şimali Kiprə də vizasız gedə bilərsiz.  Biz hamımız qardaşıq. Şimali Kiprdəkilərin Azərbaycana, Azərbaycandakıların Şimali Kiprə gedib-gəlmələrini daha rahat təmin etməliyik. Azərbaycan da Şimali Kiprlilərin rahatlıqla gələ biləcəyi yerdir".

Millət vəkili Qənirə Paşayeva Şimali Kiprə qarşı Avropa ölkələrinin ədalətsizlik etdiyini vurğuladı: 

"Hamımız Şimali Kiprə qarşı Avropa ölkələrinin ədalətsizlik etdiyinin şahid oluruq. Biz də buna inad olaraq universitet seçərkən, səyahət üçün ölkə seçərkən, tibbi turizmdən yararlanmaq istərkən bu ölkəni seçmək lazımdır. Həmçinin Şimali Kiprdən olan iş adamlarını Azərbaycana dəvət edirəm".
 
Tədbirin sonunda tanıtım çarxı nümayiş olundu.

Tofiq Əli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol