• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "I qrup əlillər təhsil haqqından azad edilsin"

Deputat: "I qrup əlillər təhsil haqqından azad edilsin"
01.12.2016 15:30
"1-ci qrup əlillər ödənişli ali təhsildən azad edilsin, onların təhsil haqqı dövlət vəsaiti hesabına ödənilsin”.
 
Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva  Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı çıxışında deyib.
 
Q.Paşayeva bildirib ki, fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil və işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək bunun sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım ola biləcəyini vurğulayıb.

Bundan  başqa, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi məsələlərin var olduğunu deyən millət vəkili qeyd edib ki, bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var: " Bu şəxslər arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar”.
 
Q.Paşayeva bildirib ki, bir neçə müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənclərlə bağlı Təhsil Nazirinə müraciət olunub  və onlar işlə təmin olunacaq.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol