• $
  • €
  • ₽
  • ₺
  • £

"Məktəblilərin 8 %-i siqaret çəkir" - Valideynlər, DİQQƏT!

"Məktəblilərin 8 %-i siqaret çəkir" - Valideynlər, DİQQƏT!
01.12.2016 17:54
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə Azərbaycanda ikinci dəfə gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) aparılıb.
 
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev APA-ya deyib ki, tədqiqat 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilib və gənclər arasında tütündən istifadəyə dair monitorinq aparılıb.
 
Onun sözlərinə görə, sorğu 2 minə yaxın 13-15 yaşlı məktəblini əhatə edib: "Sorğunun ilkin nəticələri göstərib ki, 10% məktəbli nə vaxtsa siqaretdən istifadə etməyə cəhd edib. Onlardan 1/3-i artıq 10 yaşınadək siqaret çəkməyə başlayıb. Təxminən 8%- məktəbli hazırda siqaret və ya digər tütün məmulatlarından istifadə edir. Sorğuda iştirak edən məktəblilərdən 29%-i evdə, 41%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qaldığını deyib.
"Siqaretlərin satıldığı vitrinlər gəncləri siqaret çəkməyə həvəsləndirir, ya yox?" sualına isə onların 32,5%-i müsbət cavab verib. Bu da onu deməyə əsas verir ki, həmin vitrinlər cəlbedici xarakter daşıyır və gəncləri tütünçəkməyə sövq edir”.
 
Qeyd edək ki, 1998-ci ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən GYTS tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2012-ci ildə reallaşdırılıb.
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol