"Gənclik Mall”dakı hadisə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün "Gənclik Mall”da binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng Yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb.
Hadisə insanlar arasında təşviş yaradıb.
Məsələ ilə bağlı "Gənclik Mall” məlumat yayıb. Məlumatda deyilir:
"Bü gün səhər saatlarında "Gənclik Mall"da baş verən hadisə ilə əlaqədar olaraq "Gənclik Mall" rəhbərliyi bildirir ki, yeni il dekorasiyalarının uçması nəticəsində Gənclik Mall ərazisində xəsarət alan olmayıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb. "Gənclik Mall" adi qaydada işini davam etdirir və narahatçılığa heç bir əsas yoxdur".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























