• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzindəki tarixi binanın restavrasiyası mağazaların işinə mane olacaqmı? - VİDEO

Bakının mərkəzindəki tarixi binanın restavrasiyası mağazaların işinə mane olacaqmı? - VİDEO
02.12.2016 15:57
Bakının mərkəzində binanın fasadında aparılan təmir işləri ərazidəki mağazaların sahiblərinin narahatlığına səbəb olub.

Sahibkarlar "Report"a bildiriblər ki, Yeni il bayramı ərəfəsində aparılan təmir işləri onların müştərilərinin rahat giriş-çıxışına mane olur. 

Təmir işlərinin əhatə etdiyi ərazidə ümumilikdə 7 mağaza fəaliyyət göstərir. Sahibkarlar vurğulayırlar ki, mağazalar icarə əsasında fəaliyyət göstərir, təmir işlərinin aparıldığı dövrdə isə icarə məbləği dəyişdirilmir, hərçənd restavrasiya işləri müştərilərin sayında əhəmiyyətli təsir göstərir. Mağazada fəaliyyət gösətərən şəxslər təmir işlərinin dayandırılmasını və yanvarın 15-dən sonra, bayram alış-verişi bitdikdən sonra bərpa olunmasını təklif edirlər. 

Digər tərəfdən, sahibkarlar qeyd edirlər ki, iş zamanı istifadə olunan materiallar mağazaya gələn müştərilərə təhlükə yaradır - həm orda əmələ gələn toz, səs-küy, həm yuxarıdan düşə biləcək daş qırıntıları müştəriləri çəkindirir.  

Məsələ ilə əlaqədar iş icraçısı Kamil Həsənli "Report"a bildirib ki, təmir işləri Natavan heykəlinin yaxınlığında yerləşən tarixi binanın restavrasiyası üçün həyata keçirilir. Onun sözlərinə görə, göstəriş əsasında iş 5 ay müddətində aparılacaq:
 
"Bu tarixi binanın fasadında uçqunlar yaranıb, daş parçaları yerə tökülüb. Bu isə sakinlər üçün təhlükədir".

K.Həsənli bildirib ki, iş gedən ərəfədə sahibkarların işinə maneə yaradılmayacaq:
 
"Hazırda təmirə başlanılmasına hazırlıq işləri görülür, mağazalarının giriş-çıxış hissəsində taxtadan təhlükəsizlik konstruksiyası quraşdırılacaq, müştərilərin sərbəst daxil olması üçün şərait yaradılacaq".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol