• $
  • €
  • ₽
  • ₺
  • £

Respublikanın hər yerində tədris təmayülləşdiriləcək

Respublikanın hər yerində tədris təmayülləşdiriləcək
02.12.2016 22:30
2017-2018-ci tədris ilindən etibarən Azərbaycanın bütün bölgələrində ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq.  

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva deyib.
 
G.Xudiyevanın sözlərinə görə, növbəti dərs ilində respublikada tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə kütləvi şəkildə keçid olacaq: " İndiyə qədər bu pilot layihə şəkilində həyata keçirilirdi. Ancaq təhsil haqqında qanunun tələblərinə uyğun olaraq növbəti tədris ilindən respublikanın bütün  bölgələrində ümumtəhsil məktəblərində  tam orta təhsil səviyyəsi təmayüllər üzrə təşkil olunacaq”.
 
G.Xudiyeva deyib ki, hazırda bu istiqamətdə təhlillər aparılır, risklər müəyyənləşdirilir: "Məktəbin şagird, sinif sayı,  kadr potensialı  nəzərə alınır. Rayon təhsil şöbələri,  yerli təhsil idarəetmə orqanları təhlillər aparırlar. Təhlillərin nəticələri Təhsil Nazirliyində də təhlil olunur və yekun qərar ictimaiyyətə açıqlanacaq”.
 
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə pilot ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunur.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol