• $
  • €
  • ₽
  • ₺
  • £

Tanrısı və peyğəmbəri olmayan din: Demokratiya

Tanrısı və peyğəmbəri olmayan din: Demokratiya
06.12.2016 10:56
İnsan övladı yaranan gündən bəri hər zaman sitayiş və ümid mənbəyi axtarıb. 

Məhz, buna görə insanlıq fərqli, ancaq mahiyyətcə eyni olan dinlərə məxsusdur. Hər din özündən əvvəlki dini bu ya digər formada təqlid və təkrar edib. Yeni bir mahiyyət daşıyan heç cür yaradılmamışdır. Bütün dinlərin mahiyyətində insanları öz gəlişi, gözəl fikirləri ilə cəlb etmək var idi: Sülh, inam, səbr, itaət, günahdan uzaq olmaq, bərabərlik (yaradan qarşısında) və s.

Təbii ki, ilk baxışdan bu fikirlər alqışa layiqdir. Lakin bu qədər din və bu qədər təbliğat zərrə qədər cəmiyyətdə bir irəliləyiş əldə edə bildimi?..

Bəşəriyyətin bütün dinləri dünya yaranandan bu günə qədər insanlığı bir addım belə irəli apara bilmədi. Bu yetərsizlik və çatışmazlıq mühitündə, az-çox bu çatışmazlığı dərk edən insan yenidən nəyəsə ümid etməyə başlayır. Və ümid edir ki, hansısa başqa bir nizam, idarəetmə, din və ya başqa bir forma bəşəriyyəti xilas edəcək. Məhz, bu çatışmazlığın yerini dolduracaq məfhum demokratiya oldu. O artıq müasir din formasında canımıza, qanımıza yeriməkdədir. Əlbəttə ki, demokratiya da digər dinlər kimi heç də yanlış bir fikir təbliğ etmir. Əksinə bəşəri dinlərdən fərqli olaraq bir addım daha uzağa gedir. Ancaq gəlin görək, bu dediyimiz demokratiya nə dərəcədə öz məqsədinə çatır və nə dərəcədə insanlara xoşbəxtlik və firavanlıq bəxş edir. Təbii ki, demokratik ölkələri misal göstərə bilərsiz. Düşünürəm ki, o ölkələr zatən demokratiyanı və ya bu ideya altında yatan fikirləri əsas götürüb bu səviyyəyə çatmayıb. Sadəcə qanuna hörmət, dindən və bu tip asılılıqdan uzaq olmaları onların bu səviyyəyə gəlib çatmasına səbəb olmuşdur. Onlar üçün demokratiya adlı bir kult yoxdur. Onlar üçün demokratiya əlçatmaz, ilahi bir məfhum səviyyəsində deyil. Qısası xoşbəxt olmaq üçün heç də demokratik olmaq şərt deyil. Bizlərdə və ya bir çox Şərq düşüncə tərzinə məxsus ölkələrdə isə demokratiya artıq din səviyyəsinə çatır. Vaxtilə insanları Allah, peyğəmbər yolunda cihad etmək lazımdır deyə təhrik edirdilərsə, indi də, asanlıqla demokratiya yolunda qurban ol deyib, provakasiyaya cəlb etmək mümkündür. Artıq demokratiya Qərb üçün bizim kimi din alüdəçisi olan xalqları idarə etmək və nəyəsə təhrik etmək alətinə çevrilib. Tarixdə xiristianlığın "Xaç yüyrüşü” adı altında, islamın "cihad” adı altında bir çox bölgələri istila etməsi, iğtişaş törətməsi məlumdur. İndi də "demokratiya” adı altında müasir dünyanın siması istənilən formada dəyişdirilir. Bu dəyişiklik, bu xaos daha çox Şərq mentalitetinə malik xalqlarda biruzə verir. Bəlkə də zaman gələcək demokratiyanın tanrısını və peyğəmbərini də biz uydurub yaradacağıq və müqəddəsləşdirəcəyik. Ola bilsin, öz peyğəmbərimizi də "demaqoq” adlandıracağıq.

Namik Man-taş

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol