• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlərin kommunal borcları silinsin - TƏKLİF

Məcburi köçkünlərin kommunal borcları silinsin - TƏKLİF
06.12.2016 11:24
Məcburi köçkünlərlə "Azərişıq” arasında gərginlik yaranıb.
 
Qaz və elektrik enerjisi tarifləri dəyişdirildikdən sonra məcburi köçkünlərlə "Azərişıq” ASC-nin əməkdaşları arasında gərginlik yaranıb.
 
Bu haqda Modern.az-a Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məlumat verib.

O deyib ki, məcburi köçkünlərin "Azərişıq”a kütləvi borcu yaranıb:

"Bildiyiniz kimi məcburi köçkünlərə kommunal xidmətlərə görə limit tətbiq edilir. Yanvar ayından etibarən məcburi köçkünlər həmin ödənişləri özləri ödəyəcəklər.
Təsəvvür edin ki, bəzi qəsəbələrdə alternativ enerji olmadığına görə, məcburi köçkünlər yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırlar. Bu da kommunal xidmətlər üçün ayrılmış limiti ötmüş olur. Bu da "Azərişıq”la məcburi köçkünlər arasında qarşıdurma həddinə qədər gəlib çıxır. Hazırda məcburi köçkünlərin "Azərişıq”a kütləvi borcu yaranıb. Hər qəsəbədə isə qurumun nümayəndələri məcburi köçkünlərin işığını kəsir və beləcə problem daha da qabarır”.
Sədr deyib ki, hazırda məsələ ilə bağlı dövlətə müraciət hazırlanır:

"Bir çox təşkilatlar bu məsələni diqqətdə saxlamalıdır. Heç olmasa əraziyə qaz çəkilsin ki, insanlar yaşaya bilsinlər. Yeni tikilən qəsəbələrdə bu problemlər yoxdur. Amma yataqxanalarda, müxtəlif köhnə idarə və binalarda məskunlaşanlar bu problemlə üz-üzədirlər.

Məcburi köçkünlərin 2017-ci il yanvarın 1-nə qədər kommunal xidmətlərə görə olan borcları ya dövlət tərəfindən ödənilsin, ya da bağışlanılsın. Bu çox ciddi problemdir. Tarif Şurasının qərarı ilə xidmət haqlarının artırılması və müəyyən limitdən sonra daha baha hesablanması vəziyyəti daha da gərginləşdirib. Ən azından köçkünün borcu artsa belə, ona ayrılan limit həddini aşsalar belə, işıqları kəsilməsin”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol