• $
  • €
  • ₽
  • ₺
  • £

İmmunitetin zəiflənməsinin 3 TƏƏCCÜBLÜ SƏBƏBİ

İmmunitetin zəiflənməsinin 3 TƏƏCCÜBLÜ SƏBƏBİ
06.12.2016 21:28
İmmun sisteminin yüksək səviyyədə olması insanın sağlamlığı üçün ən önəmli şərtlərdəndir. Bu səbəbdən immun sistemini daim yüksək səviyyədə saxlamaq çox vacibdir.

Maraqlıdır ki, bəzi əhəmiyyət vermədiyimiz faktorlar immun sisteminə çox ciddi zərbə vurur. Bu faktorları bilmək və onları həyatımızdan kənarlaşdırmaq olduqca vacibdir.

1. Yalnızlıq. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, yalnız, qapalı, digər insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən insanlarda bütün immun sistemi göstəriciləri aşağı səviyyədə olur. Alimlər bunu bu insanın qanında stress hormonlarının səviyyəsinin yüksək olması ilə əlaqələndirir. Stress hormonlarının  yüksək səviyyədə olması immuniteti zəiflədir.

Psixoloqlar insanlara çətin, stress vəsiyyətinə düşdükdə, öz problemlərini yaxınlar, ailəsi ilə paylaşmağı tövsiyə edir. Ünsiyyət qanda stress hormonlarının azalmasına kömək edir.

Beləliklə, ünsiyyət tək insanın sosiallaşmasında deyil, sağlamlığında da əhəmiyyətli rol oynayır.

2. Yuxunun az olması. İnsanın immun sistemi, bütün digər sistemlər kimi yuxu zamanı bərpa olunur. Yuxunun az olması, yuxusuzluq bu prosesi pozur ki, immunitet bərpa olunmağa çatdırmır. Alimlərin fikirinə görə, 6-8 saat gecə yuxusu insan sağlamlığında və o cümlədən immun sisteminin normal fəaliyyətində çox böyük rol oynayır.

3. Şəkər, şirniyyatlar. Müxtəlif ölkələrdə aparılmış eksperimentlər göstərib ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neçə saat keçdikdən sonra immun sisteminin səviyyəsi aşağı olur. Şəkər dedikdə müxtəlif şirniyyatlar, şəkərlə zəngin qazlı içkilər (cola, fanta və s.) və s. nəzərdə tutulur.

Məhz bu səbəbdən həkimlər infeksion xəstəliklər zamanı, xüsusilə ilk 2-3 gün ərzində, şirniyyatlardan imtina etməyi tövsiyə edirlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol