• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirdi

Nazirlik Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirdi
06.12.2016 14:31
Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda IX sinifi bitirən şagirdlərin 30 faizinin sonradan X-XI sinfə keçməməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, hazırda ölkədə icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni IX sinifdə başa çatır: "Doqquzuncu sinifdən sonra bəzi şagirdlər ali təhsil almaq üçün X-XI siniflərə, bəziləri isə peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, bəzi ixtisaslar üzrə IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həyata keçirilir. Lakin elə şagirdlər də var ki, ümumiyyətlə, IX sinifdən sonra təhsillərini davam etdirmirlər”.
 
Nazir müavini bu tədris ilindən Azərbaycanda IX və XI sinif şagirdlərinə attestatın verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, həm IX, həm də XI sinif şagirdlərinə verilən təhsil sənədlərinin attestat adlandırılması dünya praktikasına uyğundur. Ümumi orta və tam orta təhsil alanlara attestatın verilməsinin daha düzgün olduğunu söyləyən C. Bayramov qeyd edib ki, təhsil sənədlərində digər dəyişikliklər də edilib: "Belə ki, attestatda şagirdin yalnız bu və ya digər fəndən keçdiyi qiymətlə yanaşı, onların hansısa təmayüllü və yaxud adi sinif üzrə aldıqları qiymətlərdə yazılacaq. Eyni zamanda, yeni attestat formalarında buraxılış və illik qiymətlərin göstərilməsinə imkan yaradılıb. Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaradır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol