• $
  • €
  • ₽
  • ₺
  • £

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana təşəkkür etdi
06.12.2016 17:42
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizədə uğurlarını yüksək qiymətləndirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyinə Kopenhagendən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub.

Sənəddə deyilir: "2016-cı il aprelin 20-də ÜST Avropa Regional Bürosu Avropa Regionu ərazisində malyariyanın yerli ötürülməsində fasiləyə nail olunduğunu bəyan etdi. Beləliklə, Avropa Regionu dünyada malyariyadan azad ilk region oldu.
Bu nailiyyəti mümkün edən möhkəm siyasi tərəfdarlığınıza, yüksək sayıqlığınıza və sərf etdiyiniz resurslara görə sizə ÜST adından minnətdarlığımı bildirmək istərdim".

Səhiyyə Nazirliyinə daha iki sənəd Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasından daxil olub. Sənədlərdən birində deyilir:

"Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən yaradılmış Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası təsdiq edir ki, Azərbaycan 2012-ci ilin yanvar ayından 2014-cü ilin dekabr ayınadək olan müddətdə qızılcanın rəsmi sənədlə təsdiqlənmiş eliminasiyasına nail olub. Bu fakt bütün Avropa regionunda qızılca və məxmərəyin eliminasiyası məqsədinə çatmaq üçün əhəmiyyətli töhfədir”.

Digər sənəd analoji olaraq həmin dövrdə Azərbaycanda məxmərəyin eliminasiyasına nail olunduğunu rəsmi təsdiqləyir.

Hər iki sənədi Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası adından komissiyanın sədri Günter Pfaf imzalayıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol