• $
  • €
  • ₽
  • ₺
  • £

Binalarda istilik problemi - Kim həll etməlidir?

Binalarda istilik problemi - Kim həll etməlidir?
07.12.2016 17:49

"Nəsimi rayonu Alı Mustafayev 23 ünvanında yerləşən yaşayış binası istilik sistemi ilə təmin edilmir”.


Bu barədə ANN.Az-a bina sakinləri şikayət edərək məlumat verib. Sakinlərin sözlərinə görə, artıq 2 ildən çoxdur, binaya istilik sistemi çəkilmir:



"Ərtafda yerləşən binalar keçən il istilik sistemi ilə təmin olundu. Binaya borular çəkilib, sakinlər də həmin boru vasitəsilə mənzillərinə istilik xətləri çəkirlər. Bizdə isə ümumiyyətlə binada istiliklə əlaqədar heç bir iş görülməyib. Nə qızıdırıcı sistem çəkilib, nə də borular. Şikayət etdikdə də deyirlər ki, bina sakinlərinin hamısı "Azəristiliktəchizat” ASC-yə gedib ərizə yazsınlar. Niyə digər binalara qızdırıcı sistem çəkiləndə heç nə istəmirdilər, bizdən isə ərizə yazmağımızı tələbə edirlər?!


İstilik sisteminin paylayıcı şəbəkəsi binanın zirzəmisində yerləşdirilməlidir. Bizdə isə binanın birinci mərtəbəsi dükanlarla əhatə olunub, zirzəmi isə bu mağazaların bir növ anbarına çevrilib. Demək olar ki, zirzəminin bütün konstruksiyası dəyişdirilib. Orada istilik paylayıcı sisteminin quraşdırılması mümkün deyil”.

 

"Azəristiliktəchizat”ASC-nin Abonent və müştəri xidmətləri rəisi Rafiq Əliyev ANN.Az-a açıqlamasında mənzillərin istiliklə təmin olunmamasının binanın aşağı paylayıcı daxili istilik sisteminin sıradan çıxması ilə bağlı olduğunu bildirib:




"Bu səbəbdən də, digər binalarda istilik var, həmin yaşayış binasında yoxdur. Mövcud qanunverciliyə əsasən, binanın aşağı paylayıcı mənzil daxili istilik sistemlərinin bərpası bina və mənzil mülkiyyətçiləri və balans saxlayıcıları tərəfindən həyata keçirilməlidir. Əgər mülkiyyətçilər tərəfindən binanın daxili istilik sistemləri bərpa olunarsa, "Azəristiliktəchizat”ASC-nin həmin ərazidə məntəqəsi var, biz binanı istiliklə təmin edə bilərik”.


Nəsimi rayonu 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mirnazir Əliyev ANN.Az-a açıqlamasında həmin binanın istilik sisteminin istismar müddətinin başa çatdığı üçün çıxarıldığını deyib:

 

"Həmin binalar köhnə olduğundan döşəmə-tavan istilik sistemi ilə təmin edilirdi. Onların istismar müddəti başa çatdığı üçün çıxarılıb. Bu səbəbdən də, həmin binanın zirzəmisində istilik sisteminin paylayıcısı yoxdur. Etiraf edək ki, uzun müddətdir, həmin bina istiliklə təmin edilmir. Bu problem "Azəristiliktəchizat” ASC tərəfindən həll edilməlidir. Dövlət tərəfindən "Azəristiliktəchizat” ASC-yə pul ayrılmalıdır ki, onlarda binada istilik paylayıcı sistemi quraşdırsınlar. Bundan sonra "Azəristiliktəchizat” ASC tərəfindən bina istilik sistemi ilə təmin edilə bilər, sakinlər də öz hesablarına mənzillərinə boru xətləri çəkə bilərlər”.

 

"Binanın altında yerləşən obyektlərin zirzəmini zəbt etməsi məsələsinə gəlincə, istilik paylayıcını oraya yerləşdirməsində heç bir problem yoxdur. Əgər Nəsimi rayonu istilik idarəsindən binanın zirzəmisində yer olmaması ilə bağlı irad bildirsələr, deyin, özüm şəxsən istilik çəkilməsində iştirak edəcəyəm. Yetər ki, onlar gətirib zirzəmidə istilik paylayıcı sistemi quraşdırsınlar. Nəsimi rayonu istilik idarəsi tərəfindən A. Mustafayev 23 ünvanında yerləşən binaya aşağı istilik xətti çəkildikdən sonra Mənzil Kommunal İstismar Sahəsi olaraq, mənzil sahiblərini ustalarla təmin edə bilərik ki, evlərinə istilik xətti çəksinlər. Bizim o qədər maddi vəsaitimiz yoxdur ki, mənzillərə boru çəkməyi üzərimizə götürək. Əgər mənzil sahibləri boru xətlərini istilik paylayıcıya qədər çəkib gətirsələr, biz həmin xətləri paylayıcıya qoşa bilərik”, - deyə M. Əliyev əlavə edib.


Nəsimi rayonu 1 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin baş mühəndisi Təbriz Hidayətov ANN.Az-a açıqlamasında bina sakinlərinin minimum 50%-nin istiliklə bağlı "Azəristiliktəchizat” ASC-yə şikayətindən sonra məsələyə baxılacağını dedi:


"Şikayətdən sonra "Azəristiliktəchizat” ASC bizə məlumat verməlidir, bundan sonra binadakı vəziyyət qiymətləndirilməliyik. Problemin həlli ilə bağlı deyim ki, əslində bina sakinləri mənzillərindən zirzəmiyə qədər istilik xətləri çəkməlidirlər, biz də gəlib istilik kollektorunu orda qurmalıyıq. Ancaq dövlət istiliklə bağlı pul ayırmır. Bu səbəbdən də, biz də gedib binanın zirzəmisinə istilik sisteminin alt paylayıcısını qura bilmirik”.


Problemli məsələ ilə əlaqədar Nəsimi rayonu icra hakimiyyəti ilə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.




Məsələni diqqətimizdə saxlayacağıq...


Orxan Aslanlı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol