• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsindən mətbuata ayrılan vəsaitin artırılması təklif edildi

Dövlət büdcəsindən mətbuata ayrılan vəsaitin artırılması təklif edildi
07.12.2016 23:10
"2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsait artırılmalıdır”.
 
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Əflatun Amaşov çıxış edib. Jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyən Ə. Amaşov bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. 
 
"Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Qəzetlərin satışı çox zəifdir, reklamlardan gələn gəlirlər də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda internet media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılsın. İnternet medianın maliyyələşdirilməsi üçün ən az 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan şəxslər necə yaşamalıdır?” - deyə Ə. Amaşov vurğulayıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol