Muzeydə növbəti mühazirə-seminar keçirildi

6 dekabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin kiçik konfrans zalında "Stalin ampiri" – Bakıda Hökumətin Evinin yaradılmasının tarixi"nə həsr olunmuş mühazirə-seminar keçirilib.
Mühazirə-seminar "Sənət barəsində söhbət” layihəsi çərçivəsində və Rusiya İnformasiya-Mədəni Mərkəzi ilə Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi keçirilib.
Mühazirəçi, "Xarici əlaqələr və elmi kütləvi iş” şöbəsinin kiçik elmi işçisi Fuad Ağayev tədbir iştirakçılarına – 177 saylı orta məktəbin şagirdlərinə 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində inşa olunan Hökumət Evi haqqında ətraflı məlumat verilib. Mühazirə zamanı layihənin baş memarlarının – L.Rudnev və O.Munçun rolu da xüsusilə vurğulanmışdır. F.Ağayevin də qeyd etdiyi kimi, sonuncuların binanın inşası zamanı istifadə etdikləri müxtəlif üslublar Bakının ən gözəl memarlıq nümunələrindən birinin ərsəyə gəlməsi ilə nəticələnib.
Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmış, bu kimi mühazirə-seminarların davamlı olması təklif olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























