Gediş haqqını nağd şəkildə alan avtobus sürücüsü işdən azad edildi

Bakıda 88 nömrəli marşrutda nağdsız ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq, bu marşrut üzrə hərəkət edən "10 TH 401" dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qurumun iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E.İsmayılov işdən azad edilib. Həmçinin daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilib, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıb.
Agentlik bu kimi hallarla bağlı irad, təklif və şikayətləri ALO141 - Nəqliyyatın Ümumi Çağrı Mərkəzi vasitəsilə qəbul edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























