Qarın yağması tıxac və qəzalara səbəb oldu

Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunun Sumqayıt şəhərindən paytaxta qədər olan hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.
ANN.Az Report-a istinadən xəbər verir ki, yolun buz bağlaması nəticəsində "Saray postu” yaxınlığında "Nissan X-Trail” və "Mercedes” markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.
Bir az irəlidə isə digər "Mercedes” markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























