• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hava şəraiti ilə bağlı qərargah yaradıldı

Bakıda hava şəraiti ilə bağlı qərargah yaradıldı
08.12.2016 12:31
Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, qərargah əməkdaşları və yol polisləri texnikalar vasitəsilə yolların qar və buzdan təmizlənməsinə başlayıb:

"Səhər saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi işləri davam etdirilir.

Buna baxmayaraq, paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, "20 Yanvar” metrosunun ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma ehtimalı var. Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Hava şəraiti artıq bəzi ərazilərdə sıxlıq yaradıb. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol