Yeni il varlıların bayramıdır?

Yeni ilin yaxınlaşması ilə əlaqədar bayramı xarici ölkələrdə keçirə bilməyənlər Azərbaycanda müxtəlif alternativlər tapa bilərlər.
"Şahdağ”
Ölkənin ən çox üz tutulan məkanlarından biri "Şahdağ” dağ-xizək kurortudur. "Şahdağ” bayram günlərini təmiz hava və gözəl mənzərə əhətəsində keçirməyi arzulayanlar üçün dekabrın 28-dən yanvarın 4-ə qədər xüsusi endirim paketi təklif edir.
Endirim paketinin iki nəfərlik qiyməti 990 AZN-dən başlayır.
Təklif olunan paketlərdə artıq yerlər məhdudlaşıb. Buna baxmayaraq, sizin sonrakı kompaniyaya (27-31 yanvar) getmək imkanınız da var.
Qeyd edək ki, yerləri bir ay qabaqdan sifariş etməlisiniz. Bu zaman siz həm endirimlərdən faydalana, həm də rahat şəkildə yer tapa bilərsiniz.
Otellər
Azərbaycanın gözəl guşələrində yerləşən "Qafqaz Sport Resort Hotel", "Qafqaz Resort Hotel", "Şamaxı Palace" otelləri də Yeni ilinizi keçirə biləcəyiniz məkanlardandır. Bayram vaxtı burada qiymətlər otel otağının seçimindən asıllı olaraq, 1 nəfər üçün 149 - 299 manat arasında dəyişir.
Restoran və barlar
Lakin siz Yeni ilinizi paytaxt Bakıda keçirmək istəyirsinizsə, o zaman sizin xidmətinizdə bir çox restoran və barlar mövcuddur.
"Ritz Klub" 31 dekabr tarixində keçirəcəyi "Ulduzlar paradı” adlı şou-proqrama hər kəsi dəvət edir. Bu əyləncənin məbləği 1 nəfər üçün 180 manat təşkil edir.
"Buddha Bar Baku” da Yeni il gecəsi müştərilərinə rəngarəng şou-proqram hazırlayıb. Buraya həm də, "dress code” və "face control” da daxildir.
"Pivnaya Apteka” öz növbəsində, dekabr 31-dən yanvarın 1-dək pivə şənlikləri təşkil edir.
"Enerji Club Baku" klubu dekabrın 31-i saat 21:00-dan yanvarın 1-i saat 03:00-a qədər olan şənlikləri təşkil edir.
Əgər siz Yeni ili öz evinizdə keçirməyə üstünlük vermirsinizsə, hər büdcəyə uyğun istirahət məkanları, restoran və barlar mövcuddur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























