• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi dövlət xəstəxanalarına direktor təyin ediləcək

Bəzi dövlət xəstəxanalarına direktor təyin ediləcək
08.12.2016 15:46
Azərbaycanda icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə direktorlar təyin ediləcək.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, direktorlar təyin edildikdən sonra onlar yalnız inzibati, təsərrüfat, biznes-maliyyə işlərinə nəzarət edəcəklər. Direktorlar korporativ müştərilərin cəlb olunması, ətraf rayonlarda olmayan xidmətlərin xəstəxanada yaradılması və əhaliyə təqdim olunması, müəssisənin inkişafı üçün strategiya, biznes planını hazırlayacaqlar.

V.Qurbanov deyib ki, xəstəxanaların baş həkimləri yalnız müalicə işlərinə nəzarət edəcəklər:

"İndi baş həkimlər sadalanan işlərin hamısını yerinə yetirə bilmirlər, çünki işləri çoxdur. Biz baş həkimin üzərinə düşən yükü azaldacağıq. Bununla həm də baş həkimin işinin effektivliyi artırılacaq. Özəl klinikaların hamısında həm baş direktor, həm də direktorun 1-ci müavini - baş həkim olur. Baş həkim müalicə işlərinə nəzarət edir. Eyni strukturun dövlət müəssisələrində də yaradılması nəzərdə tutulur”.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən qurumların Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol