• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsu aşırımında hərəkət dayandırıldı

Ağsu aşırımında hərəkət dayandırıldı
08.12.2016 19:44
Respublikada hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə bağlı bölgələrə hərəkət edən sürücülərə təhlükəsizlik və sürət həddi ilə bağlı təlimatlar verilib, nəzarət gücləndirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının APA-ya verdiyi məlumata görə, marşrutu Ağsu dolaylarından keçən avtobuslar  Bakı-Qazax avtomobil yolundan istifadə edir.

"Amma Bakıdan Şamaxıya gedən avtobuslar eyni yolla, yəni Bakı-Şamaxı yolu ilə hərəkət edir. Şamaxıdan sonra, yəni Ağsu dolaylarında artıq hərəkət dayandırılıb. Buna baxmayaraq, təxirə salınan reysimiz yoxdur. Bundan başqa, Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”, - deyə Ş.Mehmanqızı əlavə edib.

Bölgələrə üz tutan sərnişin sayına gəlincə, qurum sözçüsü deyib ki, Bakı Beynəlxalq Avtovağzalında bu gün ərzində sərnişin sayı çox az olub: "Avtobuslar dolmamış reyslərini davam etdiriblər. Bütün istiqamətlərdə sərnişin sayı minimum həddə olub”.

Ş.Mehmanqızı onu da qeyd edib ki, dekabrın 25-dən yanvarın 7-nə kimi, Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol