• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsmandan Şahbaz Xudiyev və Dilqəm Əsgərov barədə AÇIQLAMA

Ombudsmandan Şahbaz Xudiyev və Dilqəm Əsgərov barədə AÇIQLAMA
09.12.2016 12:37
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermən girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma "məhkəmə” tərəfindən cəzalandırılmasını beynəlxalq hüquqa zidd olduğunu hesab edir”.
 
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, bu məsələ ilə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb. O qeyd edib ki, məsələ ilə əlaqədar BQXK-dan Ombudsmanın müraciətlərinə cavab verilib:

"Cavabda qeyd olunub ki, onlar məsələnin siyasi aspektlərinə qarışa bilməz. Gərək 2 dövlət arasında danışıqlar aparılsın ki, onların ailələrinə görüş üçün icazə verilsin”.

E.Süleymanova qeyd edib ki, rəhbərlik etdiyi qurum daim məsələni diqqətdə saxlayır:

"Beynəlxalq Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşür, onların məktublarını ailələrinə çatdırır. Dövlət çalışır ki, bu məsələ ədalətli həllini tapsın".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol