• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub

Bu il Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub
10.12.2016 16:54
 Dekabrın 9-da AMEA-nın Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Tarix İnstitutunun illik hesabatı təqdim olunub.

İnstitutdan "Report"a verilən məlumata görə, toplantıda çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir:

"Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

İclasda bildirilib ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub.

Qeyd edək ki, bu il "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan tor-paqlarına köçürülməsi” (ispan və ərəb dillərində), "Real tarix və "Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), "Azərbaycan Respublikasının tarixi” ikicildliyi, "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - "İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, "İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, "Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub.

Tarixçi-alim Yaqub Mahmudov qeyd edib ki, bu il Tarix İnstitutu "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə Şah Təhmasib Səfəviyə, Tomirisə, I Şah Abbasa, Həsən Padşaha və Hacı Çələbi xana həsr olunmuş elmi-praktik konfranslar keçirməyi davam etdirib.

Qeyd olunub ki, "Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans, Şamaxıda "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı III Beynəlxalq elmi konfrans, "İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin anadan ol¬ma¬sının 90 illiyinə həsr olunmuş elmi sessiya və digər tədbirlər keçirilib.

Çıxış edən tarixçi-alimlər Nərgiz Axundova, İradə Bağırova, Tofiq Mustafazadə, Həsən Əlibəyli, Cəbi Bəhramov, Qasım Hacıyev və başqaları Tarix İnstitutunun 2016-cı ildə gördüyü işləri yüksək qiymətləndiriblər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol