• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər arasında "Həyəcan siqnalı" başladı - FOTOLAR - VİDEO

Jurnalistlər arasında "Həyəcan siqnalı" başladı - FOTOLAR - VİDEO
10.12.2016 17:33
Azərbaycan jurnalistikasına töhvə verməklə gənc jurnalistlərin hərbi sahədə biliklərini artıracaq, jurnalistlərin hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olacaq yeni layihə - "Həyəcan siqnalı 2” layihəsi başlayıb. 

Layihənin açılış mərasimində layihənin rəhbəri, PR menecer Türkan Nadirqızı çıxış edərək tədbiri açıq elan edib. Layihənin önəmindən danışaraq, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb: 

 
"Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, düzgün informasiya alıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 25 gənc jurnalistin "Son dövrün ekstremal jurnalistika təcrübəsi”, "Müxbirin ekstremal şəraitdə davranış metodları”, "Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki bilikləri” artırılacaq”.
 
"Layihənin əsas məqsədi hərbi sahəni işıqlandırmağın hüquqi-təcrübi-psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan jurnalistlərin peşəkarlığının artırılmasına yardım etməkdir. Eyni zamanda, məqsədimiz mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasıdır”, - deyə layihə rəhbəri bildirib. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Ayşə Məhərrəmova və Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralı çıxış ediblər. 

 
Ayşə Məhərrəmova gənc jurnalistlərə dəstək məqsədilə belə təşəbbüslərin reallaşdırılmasının önəmini vurğulayıb.

Mayor Rəşid Faxralı hərbi jurnalistikanın önəmindən, jurnalistlərlə Müdafiə Nazirliyinin əməkdaşlığından bəhs edib. 

 
Layihənin baş operatoru Taleh Valehov çıxış edərək öz təəssüratlarını bölüşüb, çəkiliş zamanı yaşananlardan söz açıb.

Sonda layihə çərçivəsində iştirakçılar üçün növbəti video-çarxın təqdimatı keçirildi.

 
Qeyd edək ki, "Həyəcan siqnalı 2” layihəsi Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilati dəstəyiylə 9 – 12 dekabr Bakı şəhərində keçirilir.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol