• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbəqədər təhsil icbari ola bilər - VİDEO

Məktəbəqədər təhsil icbari ola bilər - VİDEO
11.12.2016 19:20
Azərbaycanda məktəbəqədər təhsil icbari ola bilər.

ANN.Az xezerxeber.az-a istinadən məlumat verir ki, bu, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulub. Yeni qayda tətbiq olunacağı təqdirdə məktəbəhazırlıq qrupları da məcburi olacaq.

Hazırda ölkəmizdə 1-5 yaşları arasında uşaqların məktəbəqədər təhsil ilə əhatə olunma səviyyələri aşağıdır. Rəsmi statistik məlumatlara görə, bu yaş qrupuna daxil olan uşaqların cəmi 14 faizi bağçaya gedir.

Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, məktəbəqədər təhsili icbari etməklə uşaqların bağçaya cəlb olunması faizini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq. Lakin buna birdən-birə yox, müəyyən illər ərzində keçmək lazımdır.

Məktəbəqədər təhsil müəssisələrinin artırılması Strateji Yol Xəritəsində də nəzərdə tutulub. Sənəddə yeni dövlət və özəl bağçaların istifadəyə verilməsi planlaşdırılır.

Hətta iri şirkətlərin bağça açmaq təşəbbüsləri dəstəklənəcək, bununla bağlı normativ-hüquqi baza formalaşdırılacaq, dövlət proqramı hazırlanacaq.

Əjdər Ağayevin sözlərinə görə, mövcud dövlət bağçalarının maddi-texniki bazasının gücləndirilməsi və yeni dövlət bağçalarının açılması ən yaxşı çıxış yoludur.

Mütəxəssislər dövlət büdcəsindən vəsait xərcləmədən də bunu etməyın mümkün olduğunu deyirlər. Məsələn, sahibkarlar tikdikləri təhsil müəssisəsinə çəkdikləri xərci çıxardıqdan və qazanc əldə etdikdən sonra bağçalar dövlət mülkiyyətinə keçə bilər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol