Bərdə qəbiristanlığında oğurluq

Bərdədə qəbiristanlıqdan oğurluq edilib.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinədaşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinədaşını oğurlaması da müəyyənləşib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























