Azərbaycanda 2 güclü zəlzələ baş verdi

Bu gün səhər saatlarında İsmayıllı rayonunda iki dəfə zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Növbəti zəlzələ isə dekabrın 13-də saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























