Müəllim və valideynlərin nəzərinə - Səyyar qəbul keçiriləcək

Dekabrın 16-da paytaxtın Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 318 nömrəli tam orta məktəbdə (Ünvan: Qaraçuxur qəsəbəsi, Y. Eyvazov küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























