• $
  • €
  • ₽
  • ₺
  • £

Eksternat qaydasında imtahan keçiriləcək

Eksternat qaydasında imtahan keçiriləcək
13.12.2016 15:57
Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş "2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin ediləcək.

Bu məqsədlə eksternat qaydada ümumi orta təhsil haqqında sənəd almaq istəyən şəxslərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) əsasında 15 yanvar 2017-ci il tarixinədək "Şagird-məzun” sisteminə daxil edilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil kursu üzrə eksternat qaydada imtahanlarda iştirak etmək üçün 16 yaşı tamam olmuş şəxslərin ərizə qəbulu 19-30 dekabr 2016-cı il tarixlərində hər həftənin I-V günləri saat 9:00-dan 18:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
1. Təhsil aldığı sonuncu məktəbdən arayış;

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3.  3x4 ölçüdə 2 ədəd fotoşəkil;         
                                                    
4. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər hərbi biletin və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) eksternat qaydasında imtahanların tarixi haqqında əlavə məlumat veriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol