• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda nə qədər erməni var?

Bakıda nə qədər erməni var?
13.12.2016 20:13
Erməni jurnalist qadının Bakıda işə götürülməsi və onun Azərbaycan paytaxtında yaşamağa başlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Syuzan Caqinyan jurnalist fəaliyyətini Eynulla Fətullayevin rəhbəri olduğu saytda yerinə yetirəcək. Burada o, Ermənistan üzrə xüsusi müxbir vəzifəsində çalışacaq.

ANN.Az modern.az-a istinadən xəbər verir ki, Syuzan Caqinyan mövzusu iki gündür sosial şəbəkələrdə də dartışılır. Bu mövzu ənənəvi sualı yenidən gündəmə gətirib: Bakıda nə qədər erməni yaşayır?

Bakıda yaşayan ermənilərin sayı ilə bağlı tez-tez müxtəlif iddialar irəli sürülür. Kimi 20 min deyir, kimi də 30 min… Hətta bəzi hallarda bu iddialar ayrı-ayrı dövlət rəsmiləri, deputatların dilindən də eşidilib.

Elə Syuzan Caqinyan məsələsindən sonra da bu iddialar yenidən səsləndirilməyə başlayıb. "Bakıda 30 min erməni yaşayır, Syuzan Caqinyan olsun onlardan biri” kimi...

Bəs doğrudanmı Bakıda 30 min erməni yaşayır? Rəsmi statistika bunu təsdiqləyirmi?

Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən milli tərkib də müəyyənləşib.

Bakıda yaşayan ermənilərin əsasən ad və soyadlarını dəyişmiş qadınlar olduğu bildirilir.

Dövlət Statistika Komitəsinin məlumata görə, siyahıyaalınma zamanı Bakıda yaşayan əhalidən hansı milliyyətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq hansı milliyyətdən olduğunu bildiriblər. Bu məsələdə məcburiyyət olmayıb.

2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

Bəzi ekspertlər deyirlər ki, Bakıda qohumlarının qanadları altında gizlənən və səsləri çıxmayan ermənilər danışmalı, beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar və heç bir sıxıntıları yoxdur.

Bakıda siyahıyaalmalar üzrə əhalinin milli tərkibinin dəyişməsi:
 
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol