• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Medical Plaza”da əcnəbi vətəndaşın əməliyyat zamanı ölümünün təfərrüatı açıqlandı

“Baku Medical Plaza”da əcnəbi vətəndaşın əməliyyat zamanı ölümünün təfərrüatı açıqlandı
13.12.2016 16:05
Bakıdakı "Baku Medical Plaza” xəstəxanasında baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.

Bakı Şəhər Prokurorluğundan "Report”a verilən məlumata görə, hadisə "Baku Medical Plaza”nın Xətai rayonunda yerləşən Babək filialında deyil, Nəsimi rayonundakı Mərkəz filialında qeydə alınıb. Məlumata görə, İraq vətəndaşı 1990-cı il təvəllüdlü Hasan Hamza Abbaoot tibb mərkəzinə dekabrın 10-da daxil olub və səhəri günü əməliyyat zamanı dünyasını dəyişib.

Əməliyyatı həyata keçirən ürək-damar cərrahı, fleboloq Özgür Kocamaz da "Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, xəstə İraqdan Azərbaycana əməliyyat olunmaq üçün gəlib: "Onun ürək damarlarında anadangəlmə problem olub. Xəstə İraqda ürək əməliyyatı üçün normal həkimi olan xəstəxana tapmayıb. Məhz Azərbaycanda iş adamı onun qohumu olduğundan bizim xəstəxanaya onun yaxını müraciət edib. Qohumu vasitəsilə mənə müraciət etdilər və Hasan Hamza Abbaoot ilə görüşümüz oldu. Sonra onu ilkin müayinə etdik. Açıq ürək əməliyyatı başlanıldı. Gecə saat 3-ə qədər aparılan əməliyyat zamanı o, dünyasını dəyişdi. Xəstə klinikaya gələrkən hər 10 metrdən bir dayanaraq təngənəfəs olduğunu deyirdi. Bu da onun doğuşdan ürəyində yaranan damar sıxlığının olması ilə bağlı idi”.

Ö.Kocamaz onuda qeyd edir ki, xəstənin ölümündən sonra hüquq-mühafizə orqanın əməkdaşlarına müraciət edilib.

Meyit Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Hasan Hamza Abbaootun nəşi bu gün İraqa yola salınacaq.

Ölümün səbəbləri Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol