• $
  • €
  • ₽
  • ₺
  • £

Kolleclərə qəbulla bağlı yeni qaydalar

Kolleclərə qəbulla bağlı yeni qaydalar
14.12.2016 14:01
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə-kolleclərə qəbul yeni qaydalar əsasında həyata keçiriləcək.
 
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu yeniliklər yalnız 9 illik bazada təhsil alan şagirdlərə şamil olunacaq.
 
O deyib ki, buraxılış imtahanlarının nəticələri məzunlara imkan verəcək ki, IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd versinlər:
 
"Təbii ki, bunlar kolleclərə qəbul olmaq üçün yeni qaydalar və normativ sənədlərdir. Bunun üzərində işləmişik. Sadəcə attestasiyaya aid olan normativ hüququ sənəd qəbul olunmalı idi ki, bu attestasiyanın əsasında hansı texnikumlara qəbulun necə aparılmasına dair sənəd hazırlansın. Gələn həftə bu sənədi müvafiq qurumlara təqdim edəcəyik. Bu məsələ Təhsil Nazirliyi ilə müzakirə olunub. Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları Nazirlər Kabinetinə təqdim olunacaq”.
 
M. Abbaszadə əlavə edib ki, bu il də IX sinif bazasından kolleclərə qəbul olmaq istəyənlər üçün buraxılış imtahanında toplanılan bal onun üçün müsabiqə balı hesab ediləcək:
 
"IX sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək. IX sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər. Amma attestatdakı yeniliklər XI sinif şagirdlərinə aid edilməyəcək. Belə ki, XI siniflər növbəti 2 il ərzində köhnə qayda ilə attestat alacaqlar".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol