• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadəyə “Təhsilin dostu” mükafatı verildi

Asim Mollazadəyə “Təhsilin dostu” mükafatı verildi
14.12.2016 17:33
"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası millət vəkili Asim Mollazadəni "Təhsilin dostu” mükafatı ilə təltif edib.

Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, mükafatın təqdimat mərasimində "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov qeyd edib ki, Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz təhsilimizin inkişafına xıdmət edir: "Odur ki, biz təhsilimizə xidmət edən və onun dostu olan Asim Mollazadəyə təşəkkürümüzü bildiririk”.

Asim Mollazadə isə öz növbəsində Azərbaycan gənclərinin öz təhsilləri ilə dünyada rəqabətə davamlı, müasir vətəndaş kimi yetişməli olduqlarını deyib: "Azərbaycanın gələcəyi peşəkar kadrların fəaliyyətləri ilə formalaşmalıdır. Azərbaycan təhsili həm gənclərimizin, həm gələcəyi düşünən hər kəsin təşəbbüsləri ilə inkişaf edəcək. Təhsil məsuliyyətli vətəndaşın dövlətinə və vətəninə töhvələr verməsi üçün ən böyük vasitədir”.

Təqdimat mərasimində sözügedən kampaniyanı təmsil edən onlarla gənc iştirak edib. Asim Mollazadə onları maraqlandıran suallara cavab verib.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol